Daşkəsən rayonunda kişi həyat yoldaşı və qaynatasını bıçaqlayıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə avqustun 15-də baş verib.
Daşkəsən rayonunun Bayan kəndində yaşayan Kəlbəcər rayon sakini Mübariz Kərimov evində ailə-məişət münaqişəsi zəminində arvadı Mərizəyə və qayınatası İbrahimə, sonra isə özünə bıçaqla xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdiriliblər.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.
Modern.az