Modern.az

Təbiətin mükafatı - qeyzerlər

Təbiətin mükafatı - qeyzerlər

Страна

27 Mart 2011, 10:51

Müasir dünyada enerji probleminin həlli insanları daim düşündürən məsələdir. İşıq və istiliklə bağlı çətinliklərin aradan qaldırılması üçün ən müxtəlif üsullardan istifadə edilir. Belə üsullardan biri də yerin çox dərin qatlarından çıxan isti bulaqlardan - qeyzerlərdin istifadədir.

Hələ lap qədim dövrlərdə isti bulaqları ələ keçirmək uğrunda müharibələrin aparıldığını təsdiqləyən tarixi faktlar mövcuddur. Yer kürəsinin 5-10 km dərinliyində axan qaynar geotermal sular yerin üstünə buxar və ya qeyzerlər şəklində çıxır ki, bundan da istilik enerjisi kimi evlərin və istixanaların birbaşa qızdırılması üçün istifadə olunur. Mütəxəssislərin fikrincə, geotermal mənbələrdən alınan eneryi bütün eneryi tələbatlarını təkbaşına ödəyə bilməsə də, təbii yanacaqdan asılılığı müəyyən qədər azalda bilir. Məsələn, 1999-cu ildə ABŞ-da geotermal eneryidən istifadə nəticəsində 60 milyon barrel neftə qənaət etmək mümkün olub. Bu gün ümumilikdə ABŞ-da geotermal eneryidən ildə təqribən 16 min KVt/saat elektrik eneryisi hasil olunur. Eneryinin bu növündən istifadə hazırda Avropa ölkələrində də geniş tətbiq olunur. Finlandiya, Fransa, Belçika, Almaniyada geotermal sular bütövlükdə bəzi şəhər və qəsəbələri qızdırır. Hazırda İslandiya, İtaliya, Yeni Zenlandiya, Yaponiya, Filippində də  istilik enerjisinin alınması üçün geotermal sulardan istifadə olunur. İslandiyanın paytaxtı Reykyavik şəhəri isə bütünlüklə belə sular vasitəsilə qızdırılır. Çünki İslandiya termal suların əsas məkanıdır. İslandiyanın “Qeyzerlər ölkəsi” adlandırılması təsadüfi deyil.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkəmizin ərazisində də yüksək temperatura malik böyük termal su yataqları mövcuddur. Nazirliyin mütəxəssisləri ölkəmizdəki temperaturu 35-10000 C arasında olan termal suların istifadə istiqamətləri və texniki-iqtisadi göstəricilərini öyrəniblər. Azərbaycanda belə yataqlar Böyük Qafqaz, Abşeron yarımadası, Şamaxı-Qobustan, Naxçıvan, Xəzəryanı, Quba, Lənkəran-Masallı zonaları, Kür-Araz ovalığındadır. Azərbaycandakı bəzi geotermal sulardan hazırda müalicə məqsədilə istifadə olunur, Məsələn, Lənkəran və Masallı rayonları ərazisindəki isti su kurortları buna misal ola bilər. Azərbaycanın Kəlbəcər rayonundakı müalicəvi əhəmiyyətli isti su isə düşmən ölkə tərəfindən istismar olunur.

Azərbaycanın şimal bölgəsində Ağçay dərəsində böyük müalicəvi əhəmiyyətə malik olan qeyzer mövcuddur. Yerli əhali həmin yeri müqəddəs hesab edirlər. Onunla bağlı əfsanə də danışılır: Deyilənlərə görə, Ovçu Pirim maralı yaralayır və sonra izinə düşür. Yaralanmış maral bir yerdə suya yatır və dərhal güc toplayaraq qaçmağa başlayır. Bunu görən Ovçu Pirim təəcüblənərək əlini həmin suya salır və yarasının sağaldığını görür. Bununla da həmin qeyzer  şöhrət qazanıb.

Mütəxəssislərin fikrincə, ölkəmizdə geotermal sulardan həm məişətdə, həm də yaşayış məntəqələrinin istilik təchizatında, istixana təsərrüfatlarının qızdırılmasında istifadə oluna bilər. Bunun üçün ayrıca proqramın hazırlanacağı gözlənilir. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı