Modern.az

İctimai TV-nin gətirdiyi xəbər

İctimai TV-nin gətirdiyi xəbər

Ölkə

16 May 2011, 12:38

“Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal səhnəyə növbəlilik prinsipi ilə 19-cu çıxdılar. Ancaq onlar ifa etdikləri “Running Scared” mahnısını ilə 221 xal toplayıb birinci oldular. 43 ölkə arasında Azərbaycanı birinci etdilər. Böyük və möhtəşəm QƏLƏBƏ… Hesab edirəm ki, bu qələbənin ən böyük səbəbkarı İctimai Televiziyadır.

Birinci, bu, Azərbaycan mədəniyyətinin qələbəsi idi. Deyərdim ki, bu, dövlət müstəqilliyimizin bərpasından bu yana, 20 il müddətində mədəniyyət sahəsində əldə edilən ən böyük uğur idi

Bəli, İctimai Televiziya yarandığı gündən mədəniyyətimizi təbliğ etməklə məşğuıdur. Bu da nəticəsi…

İkincisi, bu, həm də jurnalistikamızın qələbəsidir. Bilirsiniz niyə, digər telekanallar reklam xatirinə, reytinq xatirinə, pul xatirinə milli dəyərləri aşağılayan verilişlər yayımlayarkən, İctimai Televiziya canını gerçək məsələlər yolunda qoydu. Reklam xatirinə, reytinq xatirinə, pul xatirinə işləmədi. Amma nəticə elə oldu ki, bütün telekanallardan çox reytinq əldə etdi. Əsl milli jurnalistika  belə olur.

Üçüncüsü, türkün qələbəsdir. Bu telekanal yarandığı gündən türkçülüyü təbliğ edib. Nəticəyə baxın, qalib əlində Türkiyənin bayrağı özünü bir az da itirmiş halda qaçır… Elə həmin anda Türkiyədən bu ölkənin Qəzetçilər Federasiyasının rəhbəri Atilla Sertel mənə zəng vurdu ki, sizin Nigar xanım bütün Türkiyəni ayağa qaldırıb. Bunu Türkiyə bayrağı üçün yalnız Azərbaycan edərdi…

Xalqımız çoxdandır qələbələr istəyir… Onun çox acıdır.

Elə bir qələbə ki, bu qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etsin. Bu qələbələr üçün qəhrəmanlar lazımdır. Elə qəhrəmanlar ki, milləti ayağa qaldırsın. Onu silkələsin, özünə qaytarsın…

Bəli, İctimai Televiziyanın tutduğu yol da elə budur. Belə qəhrəmanların ortaya çıxması da məhz bu telekanalın adına yazıldı.

Eldar Qasımov və Nigar Camalın sayəsində 2012-ci ildə Avropa Azərbaycana toplaşacaq. Ermənistan burada iştirak edəcək, ya yox, bu onun oz işidir. Ancaq onu deyə bilərəm ki, Eldar Qasımov və Nigar Camal Azərbaycana çox böyük qələbə nəsib etdilər.
 
Artıq erməni müğənnilər üçün Eldar Qasımov və Nigar Camal zirvəsi əlçatmaz oldu. Demək ki, həm İctimai Televiziya, həm də Eldar Qasımov və Nigar Camal öz timsallarında ermənilərə qalib gəldilər. Biz də hər birimiz çalışdığımız sahədə ermənini önləsək, qələbə çox yaxındır demək. Örnəyi  İctimai Televiziya və Eldar Qasımov və Nigar Camal…

Biz hərb, vətənpərvərlik məsələsini də hər zaman İctimai Televiziyanın prioriteti kimi görürük…

Növbəti addım sənindir Azərbaycan əsgəri…

QƏLƏBƏMİZ DAVAMLI OLSUN…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı