Modern.az

Əbülfəz Elçibəyin qəbri ziyarət edilib

Əbülfəz Elçibəyin qəbri ziyarət edilib

Ülke

24 İyun 2011, 13:30

Ölkə müxalifətinin aparıcı partiyalarının üzvləri, milli-azadlıq hərəkatının iştirakçıları, sadə xalq nümayəndələri, gənclər bu gün mərhum prezident Əbülfəz Elçibəyin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzara əklillər qoyublar. Modern.az bildirir ki, bu gün Azərbaycanın ikinci prezidenti, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.

Anma mərasimində Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli başqa olmaqla partiya funksionerləri, ziyalılar mərasimə qatılıblar. İsa Qəmbər Elçibəy barədə xatirələrini danışıb. Mərhumun ruhuna salavat çevrilib, dualar oxunub.

Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. 80-ci illərin sonundan başlanan azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin ilk sədri olub.

1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilən Əbülfəz Elçibəy 1993-cü ildə hərbi-siyasi qiyamla devrilib. 2000-ci il avqustun 22-də 63 yaşında vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı