Tələbə Qəbulu üzrə Dövlət Koimissiyası (TQDK) iyulun 3-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Komissiyadan bildirilib ki, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 27-dən etibarən Komissiyanın internet saytından imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər.
I ixtisas qrupunun abituriyentləri isə buraxılış vərəqələrini növbəti həftədən çap edə biləcəklər.
II və IV ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərinin buraxılış vərəqəsini alacaqları vaxt barədə əlavə məlumat veriləcək.