Modern.az xəbər verir ki, Sumqayıt şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsindən verilən məlumata əsasən, şəhər küçələrində ümumilikdə 4740 ədəd mövsümü gül, dekorativ kol və ağaclar əkilib.
Son 10 gün ərzində S.Vurğun küçəsində 1690 ədəd, H.Əliyev prospektində 100 ədəd, Heydər parkında 100 ədəd, Niyazi küçəsində 100 ədəd, Bakı küçəsində 150 ədəd, Metallurq küçəsində isə 100 ədəd ağac əkilib. Bundan əlavə S.Vurğun və Metallurq küçələrində sahələrə münbit torpaq və üzvü gübrə verilib. Şəhərin Sülh, Koroğlu, N.Nərimanov, İ.Qayıbov küçələrində və Nəsimi parkında dekorativ kollar budanaraq onlara forma verilib.