Modern.az

Hərbi komissarlığın şöbə rəisi həbs olunub

Hərbi komissarlığın şöbə rəisi həbs olunub

Страна

18 İyul 2011, 12:53

Azərbaycanda daha bir komissarlıq işçisi həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Həbs edilən şəxs Füzuli Rayon Hərbi Komissarlığının 3-cü şöbəsinin rəisi Mircəfər Cəfərovdur. O, Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar həbs edilib. M. Cəfərovun korrupsiyada ittiham olunduğu bildirilir.

Füzuli Rayon Hərbi Komissarlığından M. Cəfərovun tutulması faktını təsdiqləyiblər. Lakin bu barədə əlavə açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının, habelə Sumqayıt və Gəncə Şəhər Hərbi Komissarlıqlarında da korrupsiya faktları aşkar edilib. Bir neçə rayonun hərbi komissarı və komissarlıq işçiləri həbs ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı