Modern.az

Azərbaycan millisindən növbəti biabırçılıq

Azərbaycan millisindən növbəti biabırçılıq

Ölkə

7 Oktyabr 2011, 22:12

Avropa Çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası oktyabrın 7-də növbəti görüşünə çıxıb. Berti Foqtsun komandası bu dəfə doğma azarkeşləri önündə Avstriya millisi ilə qarşılaşıb.

Səfərdə keçirilən oyunda rəqibinə 0:3 hesabı ilə uduzan millimiz bu məğlubiyyəti unutdurmaq niyyətində idi. Belçika və Qazaxıstanla görüşlərdən 4 xalla ayrılan yığmamızın Avstriya qarşısında necə təsir bağışlayacağı böyük maraq doğururdu.

Rəqibini məğlub etməklə seçmə mərhələ tarixində ilk dəfə olaraq 4-cü pilləyə yüksələ bilərdik. Lakin təəssüf ki, ilk oyunda olduğu kimi, millimiz yenə darmadağın oldu - 1:4. Azərbaycan - Avstriya - 1:4 Qollar: İvanşits, 34 (0:1), Yanko, 51 (0:2), 62 (0:3), Vüqar Nadirov, 74 (1:3), Yunuzoviç, 90+1 (1:4) Qırmızı vərəqə: Saşa Yunisoğlu (27) Hakimlər: Stefan Studer, Manuel Navarro, Sandro Pozzi, Alan Byeri (hamısı İsveçrə). Hakim-inspektor: Luçano Luci (İtaliya). UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya) Azərbaycan millisinin start heyəti: Kamran Ağayev, Saşa Yunisoğlu, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Vaqif Cavadov, Rauf Əliyev, Vurğun Hüseynov, Rəşad Sadıqov (k), Ruslan Abışov, Ufuk Budak, Əfran İsmayılov. Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 21. Vladimir Levin. Avstriya millisinin start heyəti: 1. Paskal Qrünvald, 2. Aleksandar Draqoviç, 5. Kristian Fuks, 6. Andreas İvanşiç, 7. Marko Arnautoviç, 8. David Alaba, 13. Ekrem Daq, 14. Yulian Baumqartlinqer, 15. Sebastyan Predl, 16. Paul Şarner, 21. Mark Yanko (k) Ehtiyat oyunçular: 23.Robert Almer, 4. Manuel Ortlexner, 9. Filipp Xoziner, 10. Zlatko Yunuzoviç, 17. Florian Klyayn, 18. Daniel Royer, 19. Vəli Kavlak.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı