Modern.az

Təhsilimiz düşündürürmü?

Təhsilimiz  düşündürürmü?

Country

11 Oktyabr 2011, 12:34

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. Modern.az layihəyə 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədovla start verib. Vahid Əhmədov Modern.az portalına bildirib ki, o, tələbələrin təhsil prosesində hansı çətinliklərlə üzləşdiklərini, bu məsələlərin aradan qaldırılmasında nəyi çıxış yolu kimi gördüklərini bilmək istəyir.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:

- Təhsil xalqın gələcəyidir. Təhsil mədəni rifahın atributudur. Bir sözlə  təhsil hər şeydir.  Bu ümumi cümlələri bütün populistlərin dilindən hər birimiz eşitmişik Amma hansı  təhsil bu ümumi  tezisləri dolğun şəkildə əks elətdirir?

Heç kim bu haqda danışmaq istəmir. Bu gün Azərbaycan Universitetləri və orta məktəblərinin verdiyi təhsil düşüncə ilə ziddiyyət təşkil edir.  Niyə? Orta məktəblərdən bircə arqument yazmaq istərdim. Təhsil  naziri Misir Mərdanovun bəyanatından sitat:  “Biz orta məktəblərdə vətəndaş yetişdiririk”.
Ali məktəb hazırlığı  başqa prosesdir.  Cənab  nazirin bəyanatına cavab olaraq qısaca  onu bildirmək olar ki, vətəndaş ağıllı, intellektli vətənin daşına qədər hər  şeyi düşünə bilən insana deyilir. 

Biz orta məktəbdə qısa nəzəri  biliklərlə  kifayətlənir, insan öz mahiyyətinə, özünüdərk prosesinə köklənməyə şərait yaratmırıq. Vətəndaş özünü dərk etmədən vətənin daşı da ola biməz. Çünki, o heç özünü tanımadığı halda vətənini  necə tanıya bilər? Bu problem vətən və onun vətəndaşı arasında görünən böyük bir uçurum  yaradıb. Siz deyə bilərsiniz ki, vətndaş ağıllı, intellektli, düşünən olmaya da bilər. Təbii ki, bu nisbi hesabatdı. Hamı Vətənin daşı ola bilməz. Vətəndaş yetişdirmək istəyənlər orta məktəb şagirdlərinin qəlbində vətənə sevgi anlayışını tam mahiyyəti ilə aşılaya bilməlidir. Daha şagirdlərin işğal olunmuş Aəzrbaycan torpaqalrının tanımaması kimi yox. Bu da nəzərin problemidir.  Əsl müşkül isə düşünə bilməklə bağlıdır. Düşüncəsizlik baryerini aşmaq üçün  orta məktəbdə yuxarı sinif  şagirdlərinə psixologiya, fəlsəfə, məntiq fənnləri tədris edilməlidir. Ən azından özünün niyə yarandığını və nəyə görə yaşadığını bilmək üçün. Yaşamağı  həyatdan öyrənən adamlar azdır. Yaşamağı  kitabdan  öyrənənlərə nisbətdə. Dünyanın çox üzünü yaşamında görən adamlar da azdır. Bu səbəbdən az vətndaş yetişdirmək arzusundayıqsa, orta məktəbdə qısa nəzəri biliklərlə yanaşı  geniş həyati biliklərə (psixologiya, fəlsəfə, məntiq) də yer ayırmalıyıq.

Azərbaycan təhsil  mexanizmi ilə götürsək, ali məktəb stolu arxasında əyləşən gənclər artıq vətəndaşdırlar. Bəs görəsən  kəmiyyətcə  böyük məktəbdə keyfiyyətcə nələr çatışmır? Hamımız tələbə olmaq arzusu ilə oda qovrulduq ki, daha geniş baryerlərdən aşa bilək.  Bəs necə oldu? Tələbə yeni düşüncə tərzini  orjinallığı daha çox sevirlər. Bu istəklərin  qarşılığında biz diktantlıq, mənasızlıq orta məktəbdə aldığımız dərslərin kəmiyyətcə böyük  formasını  gördük. Bu səbəbdən orijinal tələbələr universitetlərə böyük orta məktəblər deyirlər. Təbii ki, Azərbaycanda  ali məktəblərdə bir tələbə kimi arzuladığım və çox az gördüyüm və bəzi komponentləri isə  heç vaxt  görmədiyim nüanslardan  yazmaq  istəyirəm. Çox  müstəqil və daxili ruh azadlığımla  birlikdə!

I. Ali məktəblərdə   müəllim tələbə  münasibətləri  əsgər zabit  münasibətləri  şəklində qurulmamalıdır. Ortada səmimiyyət yoxdursa, müəllim auditoriyaya qədərincə açıla  bilmirsə, elmdən, onu tədris edəndən və onu öyrənəndən perspektiv gözləmək absurddur. Misal: Arif olmaq istəyən arif olmaq  istəyi ilə  irfana  baş vursa, ondan heç vaxt  arif olmaz.  Müəllimin  işi də belədir. O auditoriyaya əlində olan qısa  materialları çatdırmaq və onları 80-90 dəqiqəyə sığışdırmaq istəyi  ilə girməməlidir. Əks təqdirdə dar düşüncəlilik  mühazirə prosesinə qənim kəsilə bilər.  Müəllim yalnız nəzəri  bilikləri öyrətməməlidir.  O, daha çox həyati və praktiki yöndən predmetə yanaşmağı bacrmalıdır. Bu da öz növbəsində  tələbə-müəllim münasibətlərinə səmimiyyət seli qata bilir. Tələbə nəzəri bilikləri kitabdan  ötü də öyrənə bilər. Praktiki yön isə  birbaşa  müəllimlə bağlıdır.

Bir sözlə  müəllim nəzəriyyəsinə təcrübə komponenti  qata bilirsə dərs prosesi daha uğurlu alınır. Tələbə - müəllim münasibətləri də öz yerində.

II. Diktantlıq  təcrübəsi çoxillik örnəkdir. Hazırda  o qədər də  bəyənilmir. Pülüralizmdən danışırıqsa, rəngarəngliyə də  fikir  verməliyik. Tələbələr daxilən azaddır, diskusiyanı sevirlər. Siz deyə bilərsiniz ki,  seminar dərsləri diskusiya prosesinə hesablanıb. Ancaq  bəzən elə nəzəri müddəalar eşidirsən ki, onu anındaca fikir  müxtəlifliyinin öhdəsinə  verməsən daxili narahatlıq  keçirisən.  Müəllim diktatorluq edirsə məcburən dözməlisən. Bu isə daxili azadlıqla ziddiyyət təşkil edir.

III. Bu irada ilahi kəlamla  başlamaq istərdim. “Bir dəqiqə düşünmək 100 illərlə ibatədə bərabərdir”. Amma  necə düşünmək? Nəyi düşünək ki,  o, ibadətə bərabər olsun? Təbii ki, elmi  və həyatı çıxarışlar əsl düşncə tipidir. Bu prinsiplər fonunda düşündürə bilirikmi? Səmimiyyət cavabımıza siraət etsə təbii ki,  yox. Bədii  suallardan şərhə keçək.

Hazırda çox nadir fənnlərin tədrisindən sonra  tələbədə düşünmək istəyi  yaranır. Çünki müəllimlərin böyük qismi hazır bilikləri,  müxtəlif auditoriyalara  eyni tərzdə çatdırırlar. Bu hazır biliklərin çoxu düşüncəyə dayanmır və keçici xarakter daşıyır.

Nəticədə tələbə  və onun öyrəndiyi fənn arasında qeyri-ixtiyari öyrənmək istəmək məcburiyyəti yaranır.  Qiymət xatirinə, kəsirin qorxusu xatirinə  oxumaq isə heç vaxt  düşündürə bilməz. Səbəb və  nəticə əlaqələrinin pozulması kəmsavadlılığa bariz nümunədir.  Yəni, niyə öyrənirəm nəticəsi nə olacaq. Çox az tələbə bilir.  Bu mənada  təhsilimizi düşünənlər təhsilimiz düşündürürmü? sualının fərqinə varmalıdırlar.

Cəlal Əliyev
BDU, Jurnalistika

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı