Modern.az

Tanınmış vəkilin səhhətində ciddi problem yaranıb

Tanınmış vəkilin səhhətində ciddi problem yaranıb

Страна

12 Yanvar 2012, 12:21

İsaxan Aşurov hazırda Amerikadadır

Tanınmış vəkil, Müsavat Partiyasının Məclis üzvü İsaxan Aşurovun səhhətində ciddi problem yarandığından uzun müddətdir müalicə olunur. Bu haqda Modern.az saytına Aşurovun yaxınları məlumat verib. Yaxınlarının bildirdiyinə görə, tanınmış vəkilin səhhətində 2011-ci ilin əvvəllərində problem yaranıb. Bu səbəbdən onun üzərində Almaniyada cərrahiyə əməliyyatı aparılıb Bundan sonra səhhəti nisbətən yaxşılaşan İ.Aşurov Azərbaycana qayıtsa da, vəkillik fəaliyyəti ilə məşğul olmayıb. Buna səbəb isə onun vaxtaşırı müəyyən müalicə prosedurundan keçməsi ilə bağlı olub.

Yaxınları İsaxan Aşurovun hazırda ABŞ-da olduğunu, həyatı üçün ciddi təhlükə gözlənilmədiyini də qeyd edib.

Modern.az saytı tanınmış vəkilə şəfa və tezlikllə onun Azərbaycana qayıdaraq əvvəlıki fəaliyyətini bərpa etməsini diləyir.

Xatırladaq ki, İ.Aşurov 1955-ci ildə Gürcüstanda anadan olub. 1977-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. 1977-81-ci illərdə Qazax rayon Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb. 1989-91-ci illər ərzində Tovuz rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-92-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-93-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib. 1993-94-cü illərdə vəzifə səlahiyyətlərindən istifadə edərək Sürət Hüseynova və digərlərinə qarşı müqavimət göstərərək, dövləti müdafiə etdiyinə görə həmin dəstə tərəfindən həbs edilib. 1994-cü ildə həbsdən azad olunub. 1996-cı ildən vəkil kimi çalışır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı