İqtidar - müxalifət dialoqu siyasətimizin ağrılı yeridir. Maqnit qütbləri kimi bir-birini inkar edən tərəflər rəsmi bəyanatlarında bir-biri ilə təmasları rədd etsələr də, söhbət eləmək imkanlarının tükənmədiyini göstərən faktlar da var. Bu şəkil onlardan birinin əyani sübutudur.
Modern.az saytının
“
Bir şəklin tarixçəsi” silsiləsindən
təqdim etdiyi bu fotoşəkildə ayrı-ayrı siyasi qütblərdə dayananmış funksionerlər söhbətləşirlər.
Tarix: 26 May 2010. Məkan: Hyatt Recency oteli. Məşhur vəkil Aslan İsmayılovun müəllifi olduğu “Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” kitabının və “sumgayit1988.com” saytının təqdimat mərasimi...
Müsavat başqanı İsa Qəmbər və hakimiyyətin “qırğılarından” sayılan mərhum deputat Anar Məmmədxanov. Nə danışırlar görəsən? Heç şübhəsiz söhbətin mövzusu siyasətdən də yan keçmir... Yəqin təkcə kitabı müzakirə etmirlər...
(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik)
Modern.az