Modern.az

Eks-spiker “vahid namizəd”i darmadağın elədi: “Ayıbdır…” - AÇIQLAMA

Eks-spiker “vahid namizəd”i darmadağın elədi: “Ayıbdır…” - AÇIQLAMA

کشور

21 Noyabr 2012, 12:40

Milli Məclisin eks-spikeri Rəsul Quliyev müxalifət partiyalarını yenidən kəskin tənqid edib. Modern.az saytının məlumatına görə, sabiq spiker Açıq Cəmiyyət Partiyasının (ACP) fəalları ilə videobağlantı vasitəsilə keçirdiyi görüşdə ölkədə baş verən son proseslərə münasibət bildirib. Tərəfdarlarına qarşıda duran vəzifə və perspektivlərindən söz açan R.Quliyev müxalifətin vahid namizəd məsələsi ərtafında gedən müzakirələrini biabırçılıq adlandırıb.

“İndiki durumda müxalifətin vahid namizədindən danışmaq ayıbdır. Boş-boşuna vahid namizəd məsələsindən danışmaq lazım deyil. Durub deyirlər ki, “mən Azərbaycanda prezidentliyə vahid namizəd olmaq istəyirəm”. Nə fərqi var ki, bunu Azərbaycanda deyirsiniz, yoxsa Marsda deyirsiniz? Demokratik şərait olmayandan sonra bunu heç bir əhəmiyyəti yoxdur”, - deyə sabiq spiker bildirib.

Müxalifət qüvvələrinin birləşməsinin tərəfdarı olduğunu vurğulayan R.Quliyev daha sonra onun İctimai Palatanın əleyhinə çıxması haqda deyilən fikirlərə etiraz edib: “Yalandan deyirlər ki, guya mən İctimai Palatanın əleyhinəyəm. Bu tamamilə yalandır. Mən müxalifətin birləşməsinin ən böyük tərəfdarıyam. Mən İctimai Palatanın əleyhinə deyiləm, sadəcə, onların apardığı siyasətin əleyhinəyəm. Mən onların siyasətinin düzgün olmadığını tənqid edirəm. Bu birliyə daxil olan siyasi partiyaların liderləri özünün mənafeyini önə çəkir, bundan sonra Azərbaycanda gedən prosesləri bildirirlər. Şəxsi maraqlar bir kənara qoyulmalıdır, ancaq diqqəti bir məqsədə yönəltmək lazımdır”.

Anar RÜSTƏMOV
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı