Modern.az

Sabir Rüstəmxanlı: “Onlar bəyəm dövləti dağıdıblar?”

Sabir Rüstəmxanlı: “Onlar bəyəm dövləti dağıdıblar?”

Ölkə

15 Fevral 2013, 12:35

Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı məmur özbaşınalıqları ilə bağlı dövlət başçısının çıxışını dəstəkləyərək bu məslədə cidid problemlərin olduğunu vurğulayıb.

Deputatın sözlərinə görə, məhkəmə hakimiyyəti ilə bağlı həll ediləsi məsələlər var. “Biz müxtəlif məsələlərlə bağlı məhkəmələrə müraciət edirik. Onlar deputat sorğularına belə cavab vermirlər”.

Daha sonra Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsini qəti pisləyən deputat əsəbi halda bildirib: “bu necə olur? Atasını tutublar. Qızını yol qəzasına görə həbs ediblər.. Ata-bala tutulub. Bu nə deməkdir? Onun balaca qızı gəlib atası üçün imza yığmağa. Adamın ürəyi ağrıyır. Onlar nə ediblər axı? Dövləti dağıdıblar? Buna diqqət yetirmək alzmdır”-deyə S. Rüstəmxanlı vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı