Azərbaycan Ordusunun daha əsgəri həlak olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, martın 3-də saat 21.50 radələrində N saylı hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Orxan Ələmxan oğlu Mirzəzadə təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş açıb. Nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Modern.az