Modern.az

Əli Kərimli və İsa Qəmbər liderləri Milli Şuraya qoşulmağa çağırdı

Əli Kərimli və İsa Qəmbər liderləri Milli Şuraya qoşulmağa çağırdı

Ölkə

18 May 2013, 14:36

“Milli Şura bizim tərəfimizdən ölkənin demokratik qüvvələrinin geniş koalisiyası imkanıdır. Milli Şura ölkənin demokratik qüvvələrinin milli şurası olacaq». Modern.az-ın məlumatına görə, bu fikirləri AXCP sədri Əli Kərimli İctimai Palatanın bu gün keçirilən sessiyasında Milli Şura ilə bağlı çıxışında bildirib.

AXCP sədri Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyasını dəstəklədiklərini bildirib.

“Demokratik qüvvələrin Milli Şurannın yaradılması mütərəqqi ideyadir. Milli Şura bizim tərəfimizdən ölkənin demokratik qüvvələrinin geniş koalisyası imkanıdır. Rüstəm İbrahimbəyovun ideyasına dəstək vermişik. Bu hamının razılaşacağı model ola bilər. Bir müddətdir  bu ideya ətrafında danışıqlar gedir. Biz Milli Şura yaratmaqla parallel dövlət hakimiyyəti institutu yatarmaq niyyətində deyilik. Milli Şura ölkənin demokratik qüvvələrinin milli şurası olacaq. Biz bu qurumu yarada biləcəyiksə, hədəf hamının səylərini bir araya gətirib hökuməti demokratik seçkiyə məcbur etmək,  demokratik dəyişikliklər həyata keçirməkdir. Bu qurumu Rusiyaya bağlamaq təşəbbüsləri edilir”.

Daha sonra Ə.Kərimli Milli Şura ilə bağlı müxalifətə çağırış edib.

“Qalanlar da yersiz ambisiyalar irəli sürmədən Milli Şuranın formalaşmasında iştirak etməlidirlər. Hakimiyyətdən narazı olan elitanın bir araya gəməsinə nail olacağıqsa, bu bizim ümumi yetkinliyinin göstəricisi, demokratik dəyişiklikləri haqq etməyimiz olacağıq. Seçkilərə beş aydan az vaxt qalıb. Ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Hakimiyyət öz mahiyyətinə sadiqdir”.

İP-in sessiyasına iştirak edən Müsavat başqanı İsa Qəmbər də çıxış edərək Milli Şura ilə bağlı fikirlərini bildirib.

“Milli Şuranın yaradılmasının qarşısını almaq mümkün deyil. Milli Şurada ölkənin aparıcı partiyaları və ziyalıları bir araya gəlirlərsə, nəticə bəllidir. Məsələnin detallarına getmək istəmirəm. Çünki problem yaratmaq istəyənlərə şans vermək istəmirəm” –deyə İ.Qəmbər vurğulayıb.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı