Modern.az

Rusların “Bakı planı” baş tutmadı

Rusların “Bakı planı” baş tutmadı

Ölkə

14 Avqust 2013, 12:43

Putin Azərbaycandan əliboş getdi

Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri sona çatsa da, iqtisadi və siyasi müstəvidə səfərin müzakirələri davam edir. Xüsusən də ötən gün Rusiyanın ən böyük şirkətlərindən olan “Rosneft”in Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağladığı saziş yeni iqtisadi diskussiyalara yol açıb.

Bir çoxları bu sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu düşünsə də, buna qarşı çıxanlar da var.

Bəs, məsələnin real tərəfi nədən ibarətdir?

İqtisadi ekspert İlham Şaban bu barədə Modern.az-ın suallarını cavablandırıb.

Ekspert “Rosneft”in səfər öncəsi planlarının başqa olduğunu, rus şirkətinin Azərbaycanla bağlı maraqlarının geniş olduğunu deyib: “Səfəröncəsi müxtəlif fikirlər səsləndirilirdi. İlkin ehtimallar başqa idi. Gözlənilirdi ki, Bakıda müqavilə imzalanacaq və “Rosneft”in Dövlət Neft Şirkətinin “Abşeron” yatağındakı 40%-lik payının yarısının alacaq. Amma bu, baş vermədi”.

İ. Şabanın fikrincə, Vahid Ələkbərovun Bakıya gəlməsinin əsas səbəbi onun “Şahdəniz” yatağındakı payının bir hissəsini “Rosneft”ə satmaq idi. “Səfərdə Vahid Ələkbərovun siyahıya salınması təsadüfi deyildi. Buna əsas səbəb kimi “Rosneft” ilə “Lukoil” arasında Bakıda saziş imzalanması planlaşdırılırdı. Bu isə onunla bağlı idi ki, “Rosneft” “Lukoil”un “Şahdəniz” yatağındakı 10 faiz payını alacaq. Hətta “Rosneft”in bu sazişdən sonra qaz satışına görə xarici bazarlarda “Qazprom”dan sonra ikinci ən böyük şirkət olacaq”.

Ekspertin sözlərinə görə, Putinin Bakı səfəri gözləntiləri doğrultmadı: “Bakıda yalnız çərçivə sazişi imzalandı. Reallıqda tərəflərin heç bir hüquqi öhdəliyi yoxdur”.

İ. Şabanın sözlərinə görə, Azərbaycan tərəfi öz aktivlərini satmaq üçün “Rosneft”ə böyük məbləğ təklif edib.

“Rusiyanın energetika naziri jurnalistlərə bildirdi ki, 6 ay müddətində bu sazişdən doğan istiqamətlər üzrə daha detallı müqavilələr imzalana bilər”.

Azərbaycan bu sazişdə öz maraqlarını tamamilə əks etdirib. “Britaniya mətbuatında bu səfərlə bağlı maraqlı yazı gedib. Səfərdə iştirak edən Rusiya nümayəndə heyətindən biri mətbuata açıqlamasında bildirib ki, Azərbaycan öz aktivləri üzrə o qədər böyük qiymət təklif edib ki, “Rosneft” kimi şirkət bu məbləği ödəməkdə tərəddüd edir. Bir sözlə, səfər özünü nə siyasi, nə də iqtisadi müstəvidə özünü doğrultdu”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı