Modern.az

91-lər, səsiniz gəlsin...

91-lər, səsiniz gəlsin...

Страна

28 Oktyabr 2013, 12:46

Mən Yeni Azərbaycan Partiyasının üzvü deyiləm. Bitərəfəm.  Amma hardasa özümü daxilən YAP-çı sayıram. Məhz Heydər Əliyevin bu partiyanın yaradıcısı olduğuna görə. Mənim bu partiya qarşısında nə nizamnamə borcum, nə də proqram  öhdəliyim var. Amma bitərəf olmağıma baxmayaraq, 1993-cü ildən indiyədək  həmişə prezident, parlament və bələdiyyə seçkilərində bu partiyaya, bu partiyanın namizədlərinə səs vermişəm.  

Bu partiyanın yaradılmasında və o dövrdə Heydər Əliyevi hakimiyyətə səsləyən 91-lər! Seçkilərdən qabaq mətbuatda, saytlarda tez-tez “91-lər” sözünü eşidirdik. Sizi tanımayanlar, o vaxt dünyaya gəlməyənlər belə, bu yazıları, fikirləri oxusaydı, belə qənaətə gələrdi ki, dövlət quruculuğunda, YAP- ın yaradılmasında və sonrakı inkişafında böyük rolunuz olub.

O dövrlərin canlı şahidi olan mən və mənim müasirlərim də bilir ki, hələ 1992-ci ilin payızında, AXCP-Musavat cütlüyünün hakimiyyəti dövründə Heydər Əliyevə müraciət edib onu “Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə” səsləyərək tarixi bir hünər göstərmisiniz. Və beləliklə də  müstəqil Azərbaycanın tarixində yeni bir səhifə açmısınız. (Vəzifələrə, deputat mandatlarına layiq görülübsünüz. Bəziləriniz sonralar sabiq də olub). Sizdən sonra gələn nəsillər də bu xəttə yiyə durublar, bu işi davam etdiriblər, etdirirlər, etdirəcəklər.

Düzdür, bir nəslin digər nəsli tanımaması, tanımaq istəməməsi bütün zəmanələrin  problemidir.

Kommunist Partiyasının keçmiş üzvü kimi deyə bilərəm ki, sovet  dövründə də belə olub. Kommunist Partiyasının lideri Leninə güllə atıblar, Nərimanovu zəhərləyiblər, Kirovu güllələyiblər, sağ qalanları isə 37-də güllələyiblər, sürgün ediblər. Vəzifələrə, deputat mandatlarına minlərlə adam sahib olub, sabiq olub. Amma Kommunist Partiyasını yaşadıblar. Bir də ki, “şəxslər müvəqqətidir, ideologiya isə əbədi”.  Üzvü olduğum 5 il ərzində bu partiyanın ünvanına bir nalayiq söz də eşitməmişdim. Sanki müqəddəs bir təşkilat idi. Alqışlar, dualar: “Yaşasın Sov.İKP!”, “Leninə eşq olsun!”, “Yolumuz kommunizm yoludur!”, “Lenin ölüb, ideyaları yaşayır!”. 

Artıq seçkilər başa çatıb. İlham Əliyev yenidən prezident seçilərək, Yeni Azərbaycan Partiyasının hakim partiya kimi 20 yaşına daha 5 il də əlavə edib. Müstəqil Azərbaycanın 22 illik siyasi tarixində hələ ki, bu, rekorddur. Seçkilərdən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, dünya ölkələrinin prezidentlərindən təbrik məktubları gəlməkdə davam edir.

Amma “91-lər”dən isə səs gəlmir. 1992-ci ildə heç bir göstəriş, tapşırıq olmadan Heydər Əliyevə məktub yazıb onu hakimiyyət uğrundə fəal və açıq mübarizəyə çağırmaq hünər idi. Bundan 21 il sonra isə bir yerə yığışıb (Allah ölənlərə rəhmət eləsin) Yeni Azərbaycan Partiyasını və onun lideri İlham Əliyevi təbrik etmək isə məncə özünə hörmət, gənclərə nümunə və ən nəhayət özünütəsdiq deməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı