Modern.az

Yaşam boyu acı çəkmək

Yaşam boyu acı çəkmək

Страна

16 Aprel 2014, 12:27

(İçsəs)

Çəkdiyiniz bütün acılar, iztirablar – dünyanın üzərinizdə minnətidir. Minnətdən (dünyaya aşırı maddi bağlılıqdan) əl çəkin ki, acıya tuş gəlməyəsiniz.

***
Maddi hər şeyə çatırsınız – içiniz isə qan ağlayır. Yaşam boyu çəkəcəyiniz iztirab qarşılığında dünyanı "qazanırsınız".

***
Maddi bağlandığın hər şey – maddi asılılığını qəbul etdiyindir.

***
İztirabdan ayrıla bilməyən – dünyadan ayrılır.

***
Asanlığı sevmək – acını, iztirabı seçməkdir.

Çətinliyi sevmək – fərəhi seçməkdir.

***
Cism – dünyaya, ruh – dünyanın mənasına bağlanmağı gərəkli sayır.

***
Bugünkülərlə çağdaşlıq – cismani çağdaşlıq.

Sabahkılarla çağdaşlıq – ruhsal çağdaşlıq.

***
Kamillər – insanların əbədi çağdaşlarıdır.

***
Dünyada ən böyük maddi qazanc – cismani var olmaqdır.  

***
Dünyada ən böyük ruhsal qazanc –dünyanın mənasına uyğun yaşamaqdır.

***
Həqiqət həmişə gerçəklikdən, zamandan üstündür. Ona görə həqiqəti bugünkülər yox, sabahkılar dəyərləndirir.

***
Özündən başqa doğruçu dəyərini bilən varmı, verən varmı?

***
Özündəki antiinsaniliklə, heyvanlıqla döyüşmədən necə insan sayıla bilərsən?

***
Özünün insan olduğuna inanmayan kimsə – yoxdur. De gəl, insanlığa inanmayan kimsə – çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı