Modern.az

Nisə Qasımova villaları ilə öyünənlərə səsləndi: ”Biganə qalmayın!”

Nisə Qasımova villaları ilə öyünənlərə səsləndi: ”Biganə qalmayın!”

Ölkə

19 May 2014, 17:09

“Hər bir vətəndaş ictimai-siyasi aləmdə fəal olmalıdır. Düşündüm ki, “bir millət, iki dövlət” deməklə yaşamaq olmaz, həm də yaşatmaq lazımdır. Buna görə əlimdən gələn nə isə etməyi düşündüm”. Bunu Modern.az-a xalq artisti Nisə Qasımova Türkiyədə yaşanan mədən faciəsilə bağlı fikirlərini bildirərkən deyib.

  Xalq artisti ağrı-acını bölüşmək üçün evdə oturmağın yox, nəsə bir addım atmağın doğru olduğunu vurğuladı: “Hər kəsi bu ağrını yaşamaq naminə bir addım atmağa çağırıram. Mən prezident təqaüdçüsüyəm, buna görə də bir aylıq məvacibimi (min manat) Soma faciəsinin qurbanlarına bağışladım. Düşündüm ki, bununla kasıblamaram. İstəmirəm ki, kimsə bunu açıqlamağımı yalnış anlasın. Çox götür-qoy etdim. Fikirləşdim ki, bu həm də kimlərəsə örnək ola bilər. Mənəm-mənəm deyən, villaları, bahalı maşınları, böyük reklamları ilə qürrələnən müğənniləri bu faciəyə biganə qalmamağa səsləyirəm”. 

Qeyd edək ki, Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində faciə mayın 13-də baş verib. İlkin ehtimala görə, partlayışa səbəb elektrik qısaqapanmasıdır. Hadisə vaxtı yerin altında 787 mədənçi olub. Onlardan 301-i dünyasını dəyişib.    

Gülşən RAUFQIZI
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı