Modern.az

Allahşükür Paşazadənin oğlu elmi ad almağa hazırlaşır - ÖZƏL

Allahşükür Paşazadənin oğlu elmi ad almağa hazırlaşır - ÖZƏL

Ülke

24 May 2014, 00:35

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etməyə hazırlaşır. Bu barədə Modern.az saytına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Saytımıza verilən məlumatda bildirilib ki, Məhəmmdə Paşazadə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Onun müdafiə etməyə hazırlaşdığı elmi iş “Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlanır.
Dissertasiya işində Azərbaycan Respublikasının cinayət prosesesində prosessual formanın mahiyyətindən və onun təkmilləşdirilməsi istiqamətlərindən bəhs edilir.

Artıq dissertasiyanın müdafiəsi üçün tarix də dəqiqləşib. Belə ki, Məhəmməd Paşazadə elmi işinin müdafiəsinə 31 may 2014-cü il tarixində çıxacaq.

Xatırladaq ki, şeyxülislam Allahşükür Paşazadənin 5 qızı 1 oğlu var. Oğlu Məhəmməd Paşazadə türk iş adamı Əli Evsenin qızı ilə evlidir.

A.Qorxmaz 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı