
İraqda bəzi şəhərləri işğal etməklə Yaxın Şərqdən dünyaya meydan oxuyan İraq Şam İslam Dövləti (İŞİD) ilə bağlı daha şok məlumat yayılıb. İŞİD-in media qolu tərəfindən Twitter-də yayılan xəritədə təşkilatın islam dövləti quraraq, şəriət elan etmək istədiyi ölkələr göstərilib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o ölkələr arasında Azərbaycan və Türkiyə də var. İŞİD-in hədəfində olan digər ərazilər Roma, Qüds və Əndəlüsdür.
Son məlumata görə, İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən “İraq Şam İslam Dövləti” terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir
Modern.az