Modern.az

Ermənilər və toyuq məsələsi...

Ermənilər və toyuq məsələsi...

Страна

26 İyul 2010, 19:15

Bu günlərdə Türkiyə Qəzetçilər Federasiyasının sədrinin rəhbərliyi ilə böyük nümayəndə Azərbaycanda səfərdə idi. Oturub çörək yeyirdik. Ermənilərdən söz düşmüşdü. Federasiyanın prezidenti Atilla Sertel çox gözəl bir söz dedi: “İnək gündə 10-15 litr süd verir, heç bir dəfə də olsun səs eləmir. Amma toyuq 1 yumurta doğur, o saat da aləmə səs salır”. Ermənilər də toyuq kimidirlər. Nə deyirsiniz deyin, mənə də elə gəlir ki, bu ermənilərin toyuqla həqiqətən də qohumluğu var.....

Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində danışıqlar gedir. Azərbaycan təcavüzə məruz qalan tərəf olsa da, problemin həlli ilə bağlı dözümlülük, siyasi iradə nümayiş etdirir. Ermənistan isə yenə də müxtəlif bəhanələrlə danışıqlardan qaçır. Özü də bunu bir dəfə etsəydi yenə bir təhər dözmək olardı. Bir neçə dəfə Köçəryan qaçdı, sonra da Sarkisyan, hətta qarın ağrısı ilə qaçmağı demirəm. Bax burada sual yaranır. Görəsən ermənilərin nazı ilə kim oynayır? Bəlkə onu toyuq bilib müdafiə edən xoruzlar var? Bir az etikadan kənar ola bilər mənim bu müqayisəm, amma Vallahi onlar buna layiqdirlər. Çox güman ki, bu belədir. Yoxsa ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr niyə buna göz yumsunlar. Bəzi siyasətçilər deyirlər ki, Ermənistan Rusiyanın “for postudur”. ABŞ və Fransaya erməni lobbisinin təsiri və onların hər ikisinin Cənubi Qafqaza sahib çıxmaq arzuları var. Cənubi Qafqazda isə hər hansı bir güclü dövlət onların heç birinə lazım deyil. Azərbaycan da bütün maneələrə baxmadan sürətlə inkişaf edir. Güclü Azərbaycan da onlara sərf etmir. Ona görə də onu gah demokratiya, gah insan hüquqları, gah da başqa bəhanələrlə sıxışdırmağa çalışır, ermənilərin əli ilə hərbi təcavüzə məruz qoyurlar. Bax burada xoruzun quyruğu görünür. Ermənistan parlamentində deputatları gülləbaran edirlər,  müxalifəti mitinqlərdə döyürlər, öldürürlər hamısına göz yumurlar. Bu gün Ermənistan dünyada yeganə monoetnik dövlətdir. Bu cür dövlət qurumuna göz yumulur. Görəsən nədəndir. Təbii ki, o bir vasitədir. Lazım gələndə Gürcüstana qarşı da istifadə olunur. Belə çıxır ki, xoruzlar öz işlərini bilirlər.

Birdən kimsə fikirləşib deyər ki, nə ABŞ, nə də Fransa heç zaman Cənubi Qafqazda söz sahibi ola bilməyəcəklər. Bu bir xülyadır və sair. Ola bilər.

Amma bir gün xoruzdan soruşurlar ki, sən toyuğu niyə qovursan?

Deyir “sözüm” var, tutsam qulağına deyəcəyəm.

Bəs tuta bilməsən?

Sağlam bədəndə sağlam ruh olar. Ona görə də idmandı da edirəm.

Bunları fikirləşə-fikirləşə öz-özümə sual verirəm, bəlkə həqiqətən də ermənilərlə toyuqlar qohumdurlar. Yoxsa bu nə oxşarlıqdır?

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı