Modern.az

İslam dini qəbirlərin açılıb başqa yerə köçürülməsinə necə baxır?

İslam dini qəbirlərin açılıb başqa yerə köçürülməsinə necə baxır?

Ölkə

27 Avqust 2010, 19:34

Bakının Binəqədi rayonu ərazisində yerləşən qəbiristanlıqda sökhasökdür. Artıq oradan 20-dən çox qəbir sökülərək Sulutəpə qəsəbəsindəki yeni əraziyə köçürülüb. Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəsmiləri deyiblər ki, 240 qəbir söküləcək. Çüni layihəyə görə, həmin qəbirlər Bakı Metropoliteni üçün 7-ci mikrorayonda tikiləcək deponun ərazisinə düşüb.
Həyata keçirilən tədbir orada dəfn olunan mərhumların qohum-əqrəbalarının narazılığına səbəb olub və onlar buna etiraz edirlər.

İslam dini qəbirlərin açılıb başqa yerə köçürülməsinə necə baxır?

Modern.az saytının sualına cavab olaraq Təzəpir məscidnin axundu Hacı Faiz Nağızadə bildirdi ki, elə bir mühüm məsələlər var ki, o anda şəriətdə də həmin şeylərə icazə verilir.
“Metro xətti elə bir obyektdi ki, o maşın yolu deyil səmtini dəyişəsən. Bu yeraltı yoldu, indi gəlib çıxır ora. Ona görə bəzi hallarda qəbirlərin köçürülməsi mümkündür. Şəriət baxımından qəbri açmaq olmaz, amma müəyyən istisnalar var ki, qəbiristanlığın yeri çevrilirsə, su basırsa, hörmətsiz yer olursa, dəfn vaxtı qəbirə sənəd düşürsə, belə hallarda icazə verilir məzarı açmağa. İndi də metro xətti salınırsa, bu kiçik bir iş deyil, mühüm məsələdi, belə şeylərə görə olar.
Amma qəbirlər ölü yiyəsinin müşayiəti ilə açılmalıdı. Onların razılığı olmalıdır”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə məsələyə hələ münasibət bildirməyib. QMİ-nin mətbuat xidmətindən bildirildi ki, idarənin sədri şeyxülislam hacı Allahşükür Paşazadə bacısı rəhmətə getdiyindən neçə gündür işı çıxmır, başı qarışıqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirdi ki, Dövlət Komitəsinin əsas vəzifələri dini etiqad azadlıqları ilə bağlı olan qanunvericilik aktlarına riayət olunması və nəzarətin təmin olunması, dini qurumların dövlət qeydiyyatına alınmasından ibarətdir. Bu vəzifələr içərisində qəbristanlığın köçürülməsi ilə bağlı məsələyə hər hansı müdaxilə yoxdur. Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi qəbristanlığın köçürülməsilə bağlı hər hansı bir açıqlama verə bilməz. “Ona görə də bu məsələyə bizim rəy bildirməyimiz düzgün deyil. Bu məsələnin komitəyə  aidiyyatı yoxdur”.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı