Modern.az

Azərbaycanda 23 min vətəndaş korrupsiya ilə bağlı şikayət edib

Azərbaycanda 23 min vətəndaş korrupsiya ilə bağlı şikayət edib

Ölkə

30 Avqust 2010, 14:55


“Transparency International” Beynəlxalq Korrupsiya Əleyhinə Şəbəkənin Azərbaycan üzrə nümayəndəliyi olan “Şəffalıq-Azərbaycan” təşkilatının beş regional mərkəzinə 2005-ci ildən indiyə qədər ölkədə korrupsiya ilə bağlı 23 minə yaxın vətəndaş müraciət edib. Bu barədə “Şəffaflıq-Azərbaycan” Təşkilatının nümayəndəsi Samir Əlibəyov Modern.az-a məlumat verib. O, deyib ki, bu, müraciətlərin sayı barədə maksimum rəqəm deyil.

“Transparency International” özünün növbəti hesabatını sentyabrda açıqlayacaq. Təşkilatdan verilən məlumata görə, Azərbaycanda korrupsiya indeksinə görə 2009-cu ildə dünyanın 180  ölkənin sırasında 143-cü yeri tutub.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı