Modern.az

Son beş ildə REKORD 2015 oldu

Son beş ildə REKORD 2015 oldu

Ölkə

28 İyul 2015, 11:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 2010-cu ildən bu günə qədər ən çox 700 bal toplayan abituriyentlər bu il müşahidə edilib. Belə ki, bu il 700 bal toplayan tələbələrin sayı 15 olub.

Modern.az son 6 ilin statistikasını təqdim edir. 2014-cü ildə 9 nəfər 700 bal toplayıb. 2013-cü ildə rekord nəticə göstərən abituriyentlərin sayı azalıb. Belə ki, həmin tədris ili yalnız 6 nəfər 700 bal toplayıb. 2012-ci ildə rekord nəticə göstərənlərin sayı 5 nəfər olub. 2011-ci ildə isə 700 bal toplayanlar 4 nəfər olub. 2010-cu ildə isə 7 nəfər rekord nəticə göstərib. 

Bu rəqəmlər onu göstərir ki, 700 bal toplayanlar əvvəllər az sayda müşahidə edilirdi. Hətta elə ixtisas qrupları olub ki, orada rekord nəticə göstərilməyib. Bu isə hər zaman təhsil ekspertləri tərəfindən, TQDK-nın sualların çətinliyi ilə izah olunurdu. Bu il isə əksinə, imtahan suallarının asan olduğu barədə fikirlər qeyd olunur. 

Aytən ZƏHRA


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı