Modern.az

Şəhidlərimizin meyitlərinin alınmasından ilk görüntü ...(foto)

Şəhidlərimizin meyitlərinin alınmasından ilk görüntü ...(foto)

Страна

6 Noyabr 2010, 17:35



Bu gün Azərbaycan və Ermənistanın təmas xəttində, Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında hər iki tərəfdən olan meyitlərin dəyişdirilməsi prosesi həyata keçirilib. Proses Beynəlxalq Qızıl Xaç Komitəsininin vasitəçiliyi ilə baş tutub. Meyitləri qaytarılan hərbçilərimiz Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovdur. 
Modern.az saytının məlumatına görə, prosesdən lentə alınan görüntünü erməni xəbər portalı yayımlayıb.

APA-nın məlumatına görə, bu gün qaytarılan M. İbrahimovun meyiti tanınmaz halda olub. F. Əhmədovun meyiti isə qismən tanınıb
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, Mübariz İbrahimov və Fərid Əhmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra doğmalarına təhvil veriləcək.
O, qeyd edib ki, Ermənistan tərəfi bir müddət əvvəl yaşlı erməninin təmas xəttin itkin düşməsi barədə Azərbaycana müraciət edib: “Həmin ərəfədə onların dediyi şəxslə bağlı bizdə heç bir məlumat yox idi. Sonradan bölgədə yağan leysan yağışlar Tərtər çayında suyun axınının güclənməsinə səbəb olmuşdu. Həmin ərəfədə çaydan naməlum kişi meyiti tapıldı. Meyitin üstündən götürülən sənədlərdə onun itkin düşmüş Ermənistan vətəndaşı olduğu təsdiqləndi. Meyit bu gün qarşı tərəfə təhvil verildi”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı