Modern.az

“İnsanları ələbaxımlı öyrətməyin tam əleyhinəyik”

“İnsanları ələbaxımlı öyrətməyin tam əleyhinəyik”

Страна

31 Mart 2016, 14:04


“Ünvanlı sosial yardıma alternativ olaraq vacib kənd təsərrüfatı məhsullarının verilməsi məsələsi gündəmdədir. Məsələ sadəcə olaraq aztəminatlı vətəndaşa yardım əvəzinə təkcə qoyunun verilməsində deyil. Başqa şeylər də verilə bilər”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ünvanlı sosial yardımın ləğvi təklifindən danışarkən deyib.

Deputat bildirib ki, özünün qaldırdığı bu məsələ hələ də gündəmdədir və əlavə yeni təkliflər də var:

“Bu məsələ yenə də gündəmdədir. Bununla bağlı əlavə təkliflər də var. Yaxın zamanlarda müzakirə olunacaq. Nəzərimizdən çıxmayıb. İnsanları ələbaxımlı öyrətməyin tam əleyhinəyik”

Qeyd edək ki, Hadı Rəcəblinin ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşmanın tətbiqinə dair bundan öncəki təklifi ictimaiyyətdə müzakirələrə səbəb olub. 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı