Modern.az

Seçki günü yağış yağmayacaq

Seçki günü yağış yağmayacaq

Təhsil

8 Oktyabr 2013, 12:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Mülayim külək əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə yüksələcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun səhər saatlarında 12-15 dərəcə isti, gündüz 15-19 dərəcə isti, axşam yenidən 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında oktyabrın 9-da hava əsasən yağmursuz olacaq. Bəzi şərq rayonlarında səhər saatlarında duman, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gündüz 15-20, gecə 12-17 dərəcə isti olacaq.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı