Modern.az

Dünyanın ən varlı qadınının adı açıqlandı

Dünyanın ən varlı qadınının adı açıqlandı

Образование

7 Mart 2014, 18:33

 “Forbes” jurnalının versiyasına görə dünyanın ən varlı qadını “Wal-Mart”ın sahibi Krista Uoltondur. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, son 5 ildə o artıq dördüncü dəfə reytinqə başçılıq edir.

Onun varidatının məbləği 36,7 milyard dollar qiymətləndirilir. O,  “L'Oreal” şirkətinin sahibi Lilian Betankuru (34,5 milyard dollar) geridə qoyur. Üçüncü sırada isə “Wal-Mart”ın yaradıcısının qızı Elis Uolton (34,3 milyard dollar) gəlir. Siyahıda dördüncü sırada 20 milyard dollarla “Mars” ailəsinin nümayəndəsi və iri qənnadı şirkətinin top-meneceri Jaklin Mars qərarlaşıb. İlk beşliyi Avstraliyanın “Hancock Prospecting” şirkətinin rəhbəri Conina Raynhart (17,7 milyard dollar) qapadır.

“Forbes”in dünya milyarderlərinin 2014-cü il üzrə açıqladığı siyahıya 172 qadının (keçən il 138 olub) adı salınıb.

 

 

  Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı