Krım tatarları Ukraynada Krım nazirliyinin yaradılmasını dəstəkləyərək bu vəzifəyə öz liderləri Mustafa Cəmilovun namizədliyini irəli sürüblər. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda bugünkü brifinqdə Ukraynanın xalq deputatı Mustafa Cəmilov özü məlumat verib: “Bu, Krımla bağlı məsələlərlə ciddi məşğul olacaq ciddi nazirlik kimi fəaliyyət göstərəcək. Əlbəttə, orada iş çox olacaq, biz bunu dəstəkləyirik. Biz hətta nazir kimi namizədimizi də təklif etmişik”.
Modern.az