Modern.az

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Eğitim

25 Aprel 2014, 10:20

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə,  “Qazıməmməd-Qazax” 1-ci xətt magistral qaz kəmərinin 141,3, 146 və 155-ci kilometrlərində aparılan təmir işləri, eləcə də 164-cü kilometrdə “Qəbələ qaz kəməri qolu”nun xətti kranının dəyişdirilməsi, eyni zamanda “Ağsu-1 şəhər” və “Pirhəsənli” orta təzyiqli qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağsu və Ağdaş rayonlarının bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi və qaz xəttinin köçürülməsi ilə əlaqədar isə saat 10:00-dan Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı