Modern.az

Eldar Namazov Rauf Mirqədirova ittihamdan DANIŞDI

Eldar Namazov Rauf Mirqədirova ittihamdan DANIŞDI

Təhsil

25 Aprel 2014, 14:44

“Rauf Mirqədirovun Azərbaycan dövlətinə xəyanət edib hansısa düşmən orqanları ilə işbirliyi qurmasını qəti şəkildə inkar edirəm”.

Bunu Modern.az-a Milli Şura Aparatının keçmiş rəhbəri, El Hərəkatının sədri Eldar Namazov deyib.

“Rauf Mirqədirovun adının ermənilərlə hansısa iş birliyində hallanması və həbs olunması ictimai diqqəti daha da cəlb etdi. Çünki Rauf Mirqədirov cəmiyyətdə kifayət qədər tanınmış bir insandır. Səhv etmirəmsə, əməkdar jurnalistdir. Rauf Mirqədirovu 20 ildən artıqdır tanıyıram. Onun çalışdığı “Ayna-Zerkalo” qəzetinə çox böyük hörmətim var. Yüzlərlə insan tanıyıram ki, “Ayna-Zerkalo” qəzetini Rauf Mirqədirovun bir məqaləsini oxumaq üçün alır. Məqalələri onun nə qədər vətənpərvər və obyektiv olduğunu həmişə nümayiş etdirib. O cümlədən, Qarabağ məsələsi ilə bağlı çoxlu tənqidi fikirləri olub. Tənqidi fikirlərin də məğzi o idi ki, biz torpaqları azad etməli və növbəti səhvlərə yol verməməliyik. Rauf Mirqədirov bu adı özü qazanıb. Onun adının belə çirkin işlərdə hallanmasının reallığına qəti inanmıram. Hakimiyyət tərəfindən belə addımın atılmasına isə təəssüf edirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rauf Mirqədirov ermənilərlə işbirliyində günahlandırılaraq həbs edilib.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı