Modern.az

Ukraynada atəşkəs elan olundu

Ukraynada atəşkəs elan olundu

Təhsil

5 Sentyabr 2014, 18:15

Rəsmi Kiyev və Şərqi Ukrayna separatçıları arasında atəşkəs protokolu imzalanıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, atəşkəs rejimi sentyabrın 5-i saat 18:00-dan qüvvəyə minir. Sazişə əsasən, tərəflər fəal aktiv hərbi əməliyyatları dayandıracaq və sülh danışıqlarına başlayacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2 gün öncə, Monqolustanda səfərdə olarkən Ukraynadakı böhrana son qoyacaq 7 bəndlik atəşkəs sazişi tərtib etdiyini bildirmişdi.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı