Modern.az

Tovuzda 59 yaşlı kişi minaya düşdü

Tovuzda 59 yaşlı kişi minaya düşdü

Təhsil

7 Oktyabr 2014, 12:12

Tovuzda bədbəxt hadisə baş verib. 59 yaşlı Əsrik Cırdaxan kənd sakini Bayram Süleymanov minaya düşüb.

 

Türkel TV (TTV)  xəbər verir ki, Tovuz rayonunun ucqar Əsrik Cırdaxan kəndinin sakini Bayram Süleymanov piyada əleyhinə minaya düşüb.

Hadisə zərərçəkən heyvan otararkən baş verib. Minalanmış ərazidə ehtiyatsızlığa yol verən 59 yaşlı kənd sakini partlayış nəticəsində sağ ayağından ciddi xəsarət alıb. Hərbçilərin müdaxiləsi nəticəsində Bayram Süleymanovun həyatını xilas etmək mümkün olub.

O, dərhal Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkim Kəmaləddin Abbasov: “Sağ ayağın travmatik amputasiyası olunub. Baldırdan aşağı, üçdə birindən. Eyni zamanda bədəninin bir neçə yerindən müxtəlif ölçülü qəlpə yaraları almışdı. Xəstə ağır travmatik şoktadır. Xeyli qan itirib. Yardım göstərilib”.

 Yaralı xəstəxanaya gətirilərkən böyük miqdarda qan itirdiyinə görə dərhal qanvermə aksiyası təşkil olunub.

Hərbçilərin və xəstənin yaxınlarının qan verməsindən sonra Bayram Süleymanovun həyatına olan təhlükə sovuşub.

 Hazırda yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur. Vəziyyəti orta ağırdır.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı