Modern.az

İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?

Təhsil

18 Oktyabr 2014, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında       oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında oktyabrın 19-da gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı