Modern.az

Dövlət Dumasından Nemtsova hörmətsizlik

Dövlət Dumasından Nemtsova hörmətsizlik

Education

17 Mart 2015, 13:42


Rusiya Dövlət Duması sui-qəsd nəticəsində öldürülən tanınmış siyasətçi Boris Nemtsovun xatirəsini anmaqdan imtina edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Ədalətli Rusiya” Partiyasının deputatı Dmitro Qudkov bu təşəbbüslə çıxış etsə də, onun deputat həmkarları Nemtosvun xatirəsini 1 dəqiqəlik sükutla anmaqdan imtina ediblər.
Spiker Sergey Narışkin isə siyasətçinin yaxınlarına qanunverici orqanın başsağlığı verdiyin xatırladıb. Nəticədə yalnız Dmitri Qudkov və Valeri Zubov bu təklifə müsbət cavab veriblər.

Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə Qudkovun çıxışından sonra reqlamentin sərtləşdirilməsini və Dumada daha heç kəsin xatirəsinin anılmamasını təklif edib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı