Modern.az

Deputat məktəb direktorlarını bir yerə yığdı

Deputat məktəb direktorlarını bir yerə yığdı

31 Yanvar 2011, 16:21

«Ölkəmizin, gələcəyi, gənclərimizin dünyadakı rəqabətə davamlı olması üçün ilk növbədə təhsilimiz inkişaf etməlidir. Bu məsələdə ən böyük məsuliyyət müəllimlərin üzərinə düşür. Azərbaycan müəlliminin maaşı onun ləyaqətli həyatını təmin etməlidir».
Modern.az-ın məlumatına görə, bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bakının Nəsimi rayonunda yerləşən məktəblərin direktorları ilə görüşdə səsləndirib. Görüşdə təhsillə bağlı məsələlər, Nəsimi rayonundakı məktəblərin problemləri müzakirə edilib. Millət vəkili məktəb direktorlarının fikir və təkliflərini dinləyib. A.Mollazadə görüşdə səsləndirilmiş məsələləri əlaqədar qurumlar qarşısında qaldıracağını bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok