Modern.az

Azərbaycanda müəllimlərin məzuniyyəti başa çatdı

Azərbaycanda müəllimlərin məzuniyyəti başa çatdı

Təhsil

29 Avqust 2016, 09:24

Azərbaycanda orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb. Modern.az saytının məlumatına görə, onlar bu gündən işə çıxmağa başlayıblar. Baxmayaraq ki, yeni dərs ilinin başlanmasına hələ 15-16 gün vaxt qalır.

Hazırda yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılır.

Xatırladaq ki, bu il Azərbaycanın ümumtəhsil müəssisələrində dərslərin iyunun 14-də başa çatması ilə əlaqədar müəllimlərin əmək məzuniyyətinə çıxma vaxtında da dəyişiklik edilib. Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə əmək məzuniyyəti  iyulun 1-dən verilmişdi. 

Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri, bir qayda olaraq yay tətili dövründə verilir.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok