Modern.az

“Bakcell”də rəhbərlik dəyişdirildi

“Bakcell”də rəhbərlik dəyişdirildi

8 Fevral 2011, 18:25

Məlumatı kompaniyanın mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, Azərbaycanın ilk mobil operatoru olan “Bakcell”də xanım İneke Botter şirkətin baş direktoru vəzifəsində fəaliyyətini başa çatdırıb.
“Bakcell”in Kommersiya Direktoru Krasimir Genovun sözlərinə görə, şirkətin fəaliyyətini idarə etmək məqsədilə Direktorlar Şurası tərəfindən müvəqqəti İdarəetmə Komitəsi yaradılıb. “Bakcell” həmçinin Yiğit Berktaşın baş texniki direktor vəzifəsinə təyin edildiyini elan edib. Yiğit Berktaş telekommunikasiya sahəsində texniki əməliyyatların idarə olunması üzrə böyük təcrübəyə malikdir.

“Bakcell” şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda “Bakcell” əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin aktiv abunəçilərinin sayı 2.5 milyona çatıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək