Suriyanın şimalındakı hərbi əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri yaralanıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Məlumata görə, İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb. Yaralı əsgərlərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Bölgədə əməliyyatlar davam edilir.
Modern.az