Modern.az

Nazirlik aktyor Elçin Həmidovun ölümü ilə bağlı rəsmi məlumat açıqlayıb

Nazirlik aktyor Elçin Həmidovun ölümü ilə bağlı rəsmi məlumat açıqlayıb

7 Mart 2011, 16:43

Fövqəladə Hallar Nazirliyi əməkdar artist, aktyor Elçin Həmidovun ölümü ilə bağlı məlumat yayıb. Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə quruma məlumat daxil olub.

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi texnika vasitəsilə qalxaraq onaltımərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Elçin Həmidov hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində E.Həmidovun vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 19:39-da başa çatmışdır"-deyə FHN-nin məlumatında bildirlib.  

Qeyd edək ki, E.Həmidov martın 4-də vəfat edib. Elçin Həmidov 1958-ci ildə anadan olub, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. E.Həmidov tamaşaçılara daha çox «Planeta parni iz Baku» qrupunun tamaşalarındakı Məzi rolunun ifaçısı kimi tanınıb. Allah rəhmət eləsin! 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək