Modern.az

Azərbaycan Türkiyəyə kömək üçün 3-cü təyyarəni göndərib

Azərbaycan Türkiyəyə kömək üçün 3-cü təyyarəni göndərib

24 Oktyabr 2011, 13:32

24 oktyabr 2011-ci il tarixində saat 13:00-da Azərbaycandan Türkiyənin zəlzələ baş vermiş Van şəhərinə 3-cü təyyarə yola düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu təyyarədə müvafiq xilasetmə avadanlıqları və vasitələri ilə təmin edilmiş Fövqəladə Hallar Nazirliyinin 48 xilasedicisi və zəlzələdən zərərçəkmiş əhali üçün nəzərdə tutulmuş ilkin tələbat əşyaları var.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işləri nəticəsində, dağıntılar altından daha 1 qadın və 1 kişi cəsədi tapılaraq çıxarılıb. Bununla da, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından 4 cəsəd çıxarılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək