Modern.az

Bakıda təbii qazdan 370 qanunsuz istifadə halı aşkarlanıb

Bakıda təbii qazdan 370 qanunsuz istifadə halı aşkarlanıb

Təhsil

15 Dekabr 2009, 16:44

Bakı şəhəri Qaz İstismarı İdarəsi qaz itkisinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirir. Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təkcə bu ilin noyabr ayı ərzində Bakının Suraxanı, Yasamal, Əzizbəyov, Xətai, Binəqədi, Sabunçu, Səbail və Nizami rayonlarında 481 ünvana baxış keçirilmiş, 370 təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilib.
Təbii qazdan qeyri-qanuni istifadə edilən ünvanların qaz xətləri ləğv edilib. Dəymiş ziyanın ödənilməsi ilə bağlı abonentlərə xəbərdarlıq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi