Modern.az

Davutoğlu Londonda Qarabağdan danışacaq

Davutoğlu Londonda Qarabağdan danışacaq

9 Yanvar 2010, 15:08

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu yanvarın 11-də Londona səfər edəcək. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  Türkiyə XİN başçısının Böyük Britaniyaya səfəri işgüzar xarakter daşıyır. Londonda rəsmi şəxslərlə bir araya gələcək Davutoğlu ikitərəfli münasibətləri, Türkiyənin Avropa Birliyinə üzvlüyü, Türkiyə - Ermənistan yaxınlaşması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edəcək.

Davutoğlu İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə və Yaxın Şərq problematikasına da toxunacaq.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok