Modern.az

Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı

Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı

12 Avqust 2020, 09:58

Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək