Modern.az

Gülbən Ergən TRT-dən qovuldu

Gülbən Ergən TRT-dən qovuldu

18 Sentyabr 2012, 12:31

Türkiyənin məşhur müğənnisi Gülbən Ergən TRT-dən qovulub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb müğənnin verilişi aparmaq üçün 500 min türk lirəsi istəməsidir.

Gülbən Ergən artıq 2 ildir ki, TRT 1 kanalında “Gülbən” adlı səhər proqramını aparıcısı olub və ayda 400 min TL alırmış. Amma dünən ekrana müğənnin yerinə başqa aparıcı çıxıb. Buna səbəb isə G.Ergənin telekanalın rəhbərliyindən maaşının artırılmasını istəməsi olub. Rəhbərlik bununla razılaşmadığı üçün, müğənni kanaldan ayrılıb.

S.İltifatqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək