Modern.az

UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir  

UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir  

Təhsil

24 İyul 2021, 17:16

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.

 

Bu barədə Modern.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.

 

İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər. Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.

 

Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi