Modern.az

Gənclər Hacıbala Abutalıbova müraciət etdi

Gənclər Hacıbala Abutalıbova müraciət etdi

12 Noyabr 2012, 16:18

Müxalifətçi gənclər noyabrın 17-də Fəvvarələr meydanında aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat katibi Natiq Ədilov məlumat verib.

Qeyd edək ki, müxalifətçi gənclər Fəvvarələr meydanında nərəzdə tutulan aksiya ilə bağlı artıq  sosial şəbəkələrdə elan veriblər.  Etiraz aksiyasında “Parlament buraxılsın!” tələbi əsas şüar olacaq. Yayılan müraciətdə yeni azad və ədalətli seçkilər keçirilməsinə çağırış edilir.

Aksiya saat 15-də başlanacaq. Artıq 300 nəfər aksiyaya qoşulacağı ilə bağlı razılığını bildirib.

Anar

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək