“8 - Noyabr Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən 49 nəfərə şamil olunub”.
Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, amnistiya aktı şamil edilən müəssisədə bu gün 49 nəfər azadlığa buraxılıb:
"Daha əvvəl müəssisədən amnitsiya aktı tətbiq edilən 73 nəfər azad edilib. Ümumilikdə bu cəzaçəkmə müəssisəsindən 122 nəfər azadlığa buraxılıb.
Qeyd edək ki, 5 noyabr tarixindən icrasına başlanılan amnitsiya aktı bitənə qədər Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsindən 500 nəfərdən çox məhkuma şamil edilməsi gözlənilir.