Modern.az

Qəbələ paytaxt seçilmədi

Qəbələ paytaxt seçilmədi

Təhsil

12 Yanvar 2013, 12:49

Ermənistanın Gümrü şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib. Ermənistanın Gümrü şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib.Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş nazirinin müavini Armen Gevorkyan məlumat verib. O bildirib ki, Gümrü 2013-cü ilin MDB-nin mədəniyyət paytaxtı seçilib. Gümrünün hansı meyarlara əsasən paytaxt elan edilməsi haqda rəsmi məlumat verilməyib.

Qeyd edək ki, ötən il Aşqabadda keçirilən MDB ölkələrininin zirvə toplantısında mədəniyyət paytaxtının seçilməsi üçün 3 əsas şəhər namizəd olaraq Ermənistanın Gümrü və Belarusun Mogilyov şəhərləri ilə yanaşı Azərbaycanın Qəbələ rayonu da göstərilmişdi.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək